Davutoğlu: Rusiyalı pilotun cənazəsi Türkiyəyə gətirilib
Region
- 29 noyabr, 2015
- 08:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 noyabr. REPORT.AZ/ Noyabrın 24-də Türkiyə-Suriya sərhədində vurulan "Su-24" təyyarəsinin pilotunun cənazəsi Suriyadan Türkiyəyə gətirilib.
"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Əhməd Davutoğlu Brusseldə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Oleq Peşkovun cənazəsi Bakı saatı ilə 03.00-da artıq Türkiyənin Hatay vilayətinin ərazisində olub və qısa zamanda Rusiyaya təhvil veriləcək.
Pilotun nəşinin dəfnə hazırlığı xristian din xadimlərinin iştirakı ilə mənsub olduğu dini ənənələrə uyğun olaraq həyata keçirilib.
Davutoğlu bir daha bəyan edib ki, rəsmi Ankara Moskova ilə münasibətlərin gərginləşməsində maraqlı deyil.
Son xəbərlər
05:05
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Digər ölkələr
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr
04:23
İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb
Digər ölkələr
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr