“Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojının təyyarəsinin gövdəsi qəza anınadək, demək olar, zədəli deyildi, qəzaya uğramazdan öncə yalnız qanadı qopmuşdu.
“Report” xəbər verir ki, bu, CNN telekanalının əldə etdiyi radiolokasiya
Şəkildən görünür ki, təyyarənin gövdəsi yerə dəymə anına qədər, demək olar, bütöv olub. CNN qeyd edir ki, bu qənaəti təyyarənin qəza zamanı yan tərəfə yaxın qanadının qopduğunu göstərən videosu da təsdiqləyir.
Telekanalı görüntülərlə “Umbra Lab” şirkəti təmin edib. Radiolokasiya görüntüləri buludlardan keçə bilən radar şüalarının ötürülməsi ilə yaradılır. Şüalar yerdəki obyektlərdən peykə qayıdır.
Xatırladaq ki, avqustun 23-də – “vaqnerçilər”in qiyamından düz 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojına məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində çətənin başçısından başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Ümumilikdə 10 nəfərin öldüyü qəzadan, rəsmi məlumata görə, sağ çıxan olmayıb. KİV-də qəzaya raket hücumunun və ya daxili partlayışın səbəb olduğu barədə məlumatlar yayılıb. Eyni gün Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ("Təyyarənin istismarı qaydalarının pozulması") üzrə cinayət işi açıb.