Ceyms O’Brayn Bakı ilə İrəvan arasında sülhün Orta Asiya ölkələri üçün əhəmiyyətinə toxunub

Ceyms O’Brayn Bakı ilə İrəvan arasında sülhün Orta Asiya ölkələri üçün əhəmiyyətinə toxunub Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasının Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətinə toxunub.
Region
31 İyul , 2024 02:03
Ceyms O’Brayn Bakı ilə İrəvan arasında sülhün Orta Asiya ölkələri üçün əhəmiyyətinə toxunub

Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasının Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətinə toxunub.

“Report” xəbər verir ki, Konqres Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən diplomat qeyd edib ki, hazırda Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışı üçün əsas marşrutlar mahiyyətcə Rusiya və ya Çindən keçir.

“Əgər biz Azərbaycan və Ermənistandan keçən marşrutun açılmasını təmin edə bilsək, o zaman onlar (Mərkəzi Asiya ölkələri - Qeyd) dünya bazarlarına (alternativ – Qeyd) çıxış əldə edəcəklər və Rusiya və Çindən daha az asılılıq əldə edəcəklər”.

O əlavə edib ki, bütün bunlar Mərkəzi Asiya ölkələrinə qlobal bazarlara öz yollarını seçmək imkanı vermək səylərinin bir hissəsidir.

Son xəbərlər

Orphus sistemi