Türkiyə və ABŞ prezidentləri arasında görüş başa çatıb - YENİLƏNİB

Türkiyə və ABŞ prezidentləri arasında görüş başa çatıb - YENİLƏNİB Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başlayıb.
Region
559
14 İyun , 2021 21:10
Türkiyə və ABŞ prezidentləri arasında görüş başa çatıb - YENİLƏNİB
Rəcəb Tayyib Ərdoğan və Co Bayden
0 : 00
0 : 00

Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başa çatıb.

"Report"un məlumatına görə, görüşdə Türkiyə-ABŞ münasibətləri, o cümlədən ikitərəfli əlaqələr müzakirə edilib. Təkbətək görüş nümayəndə heyətlərinin görüşü ilə davam etdirilib.

Qeyd edək ki, təkbətək görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilib və 45 dəqiqə davam edib. Nümayəndə heyətlərinin görüşü isə 40 dəqiqə sürüb. ABŞ prezidenti Co Bayden Ərdoğanla görüşün çox yaxşı keçdiyini bildirib.

20:15

Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başlayıb.

"Report"un məlumatına görə, görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilir.

Ərdoğanın görüş başa çatdıqdan sonra mətbuat konfransı keçirəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi