Britaniyalı politoloq: “Ankara ilə İrəvan arasında əlaqələrin normallaşmasının yolu Bakıdan keçir”

Britaniyalı politoloq: “Ankara ilə İrəvan arasında əlaqələrin normallaşmasının yolu Bakıdan keçir” “Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşmasına nail olmaq üçün aqressiv ritorikanı yumşaltmalı və keçmişdə, xüsusən də Birinci Qarabağ müharibəsi zamanı törətdiyi cinayətlərə görə üzr istəməlidir”.
Region
4 Avqust , 2023 16:21
Britaniyalı politoloq: “Ankara ilə İrəvan arasında əlaqələrin normallaşmasının yolu Bakıdan keçir”

“Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşmasına nail olmaq üçün aqressiv ritorikanı yumşaltmalı və keçmişdə, xüsusən də Birinci Qarabağ müharibəsi zamanı törətdiyi cinayətlərə görə üzr istəməlidir”.

Bunu "Report"a açıqlamasında britaniyalı politoloq və jurnalist Nil Vatson deyib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan və İrəvanla Ankara arasında münasibətlərin normallaşması istiqamətində irəliləyiş bir-biri ilə sıx bağlıdır və bir-birinə təsir göstərir: "Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin bərpası Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağı təqdirdə baş verə bilər. Hətta Bakı-İrəvan münasibətlərində müəyyən irəliləyiş olacağı təqdirdə belə, Ankara ilə İrəvan arasında əlaqələrin qismən normallaşmasına nail olmaq mümkündür".

Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti dərk etməlidir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması ölkənin regionun bir hissəsi kimi inkişafı və müstəqil dövlət kimi formalaşması üçün vacibdir: “Ermənistan buna nail olmaq üçün nümayiş etdirməlidir ki, onun ən böyük müttəfiqləri olan Rusiya və İranın “himayəsindən” çıxır. Belə ki, onlar Ermənistanın maraqlarına məhəl qoymayaraq, faktiki olaraq öz maraqlarını güdürlər”.

Son xəbərlər

Orphus sistemi