Quterreş: "BMT Azərbaycan və Ermənistana sülh və yenidənqurma məsələlərində kömək göstərməyə hazırdır"

Quterreş: "BMT Azərbaycan və Ermənistana sülh və yenidənqurma məsələlərində kömək göstərməyə hazırdır" BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli görüşünün keçirilməsini alqışlayır.
Region
234
27 Noyabr , 2021 20:08
Quterreş: BMT Azərbaycan və Ermənistana sülh və yenidənqurma məsələlərində kömək göstərməyə hazırdır
Antoniu Quterreş

BMT-nin Baş katibi Antoniu Quterreş Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli görüşünün keçirilməsini alqışlayır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

“BMT-nin Baş katibi noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır, həmçinin Rusiyanın təmasların və dialoqun davam etdirilməsindəki rolunu təqdir edir. Quterreş Azərbaycan və Ermənistanı bütün mövcud formatlardan istifadə etməklə, o cümlədən ATƏT Minsk Qrupu çərçivəsində qalan məsələləri həll etməyə çağırır”, - Haq bildirib.

BMT rəsmisi qeyd edib ki, təşkilat Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsinə, o cümlədən humanitar yardım və yenidənqurma məsələlərinə kömək göstərməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi