Bloomberg: Ukrayna büdcə ilə bağlı “fövqəladə yüksək müəyyənsizlik” səbəbindən müttəfiqlərlə təcili görüş tələb edib

Bloomberg: Ukrayna büdcə ilə bağlı “fövqəladə yüksək müəyyənsizlik” səbəbindən müttəfiqlərlə təcili görüş tələb edib Ukrayna 2024-cü il büdcəsi ilə bağlı “fövqəladə yüksək müəyyənsizliklə” üzləşdiyi üçün ölkənin Baş naziri Denis Şmıhal beynəlxalq donorlarla təcili görüş tələb edib.
Region
28 Dekabr , 2023 22:44
Bloomberg: Ukrayna büdcə ilə bağlı “fövqəladə yüksək müəyyənsizlik” səbəbindən müttəfiqlərlə təcili görüş tələb edib

Ukrayna 2024-cü il büdcəsi ilə bağlı “fövqəladə yüksək müəyyənsizliklə” üzləşdiyi üçün ölkənin Baş naziri Denis Şmıhal beynəlxalq donorlarla təcili görüş tələb edib.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” siyasətçinin Qurumlararası Donor Koordinasiya Platformasına (MDCP) ünvanladığı məktubuna istinadən bildirib.

“Makroiqtisadi sabitliyi qorumaq üçün 2024-cü ilin yanvarından başlayaraq yetərincə operativ xarici maliyyələşdirmə almağımız son dərəcə vacibdir”, – agentlik hökumət başçısının dekabrda göndərdiyi məktubundan sitat gətirib.

Ukrayna baş nazirinin sözlərinə görə, koordinasiya qrupu “təcili büdcə ehtiyaclarına” köklənməlidir. O aydınlaşdırıb ki, söhbət hökumətin işinin saxlanılmasından, müəllimlərə və dövlət qulluqçularına ödənişlərdən, həmçinin pensiyalardan gedir.

“Biz 2024-cü il üçün sağqalma prioritetlərinə cavab vermək üçün mübarizə apararkən bərpa və yenidənqurma layihələri ilə bağlı hər hansı müzakirə aparmaq mümkün deyil”, – məktubda diqqətə çatdırılıb.

Nəşr qeyd edib ki, Ukraynanın müttəfiqlərinin məktuba reaksiyası bəlli deyil.

Xatırladaq ki, daha öncə Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko “Financial Times”a müsahibəsində Qərbin yeni ilin əvvəlində maliyyə yardımı ayırmayacağı təqdirdə, ölkədə 12 milyon insan üçün maaş və pensiyaların ödənilməsində gecikmənin baş verə biləcəyini deyib.

Son xəbərlər

Orphus sistemi