Baxmutdakı son duruma aydınlıq gətirilib

Baxmutdakı son duruma aydınlıq gətirilib Ukrayna hərbçiləri mövqelərini qorumağa və işğalçıları hücumlarını dəf etməyə davam edirlər.
Region
21 May , 2023 13:10
Baxmutdakı son duruma aydınlıq gətirilib

Ukrayna hərbçiləri mövqelərini qorumağa və işğalçıları hücumlarını dəf etməyə davam edirlər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) “Vostok” qruplaşmasının sözçüsü Sergiy Çerevatı “Suspilne” telekanalına açıqlayıb.

“Vəziyyət ağırdır. Hərbçilərimiz şəhərin cənub-qərb hissəsində istehkam və bir neçə tikili saxlayırlar. Ağır döyüşlər gedir”, - o deyib.

Eyni zamanda, Çerevatı əlavə edib ki, işğalçılar Baxmuta simvolik önəm verirlər, lakin şəhərin ələ keçirilməsi ilə bağlı bəyanatlar verməyə tələsiblər. Onun sözlərinə görə, USQ cinahlarda düşmənə təzyiq göstərməkdə davam edir:

“Rusiya bu Baxmuta elə diqqət çəkir ki, elə bil Dnepri alıblar. Əslində, axıra qədər almayıblar. Şəhər dağıdılıb, bu onlara heç bir hərbi, hətta siyasi yarar da gətirmir”.

Xatırladaq ki, mətbuatda Ukrayna Prezidenti Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyini etiraf etməsinə dair məlumatlar yayılsa da, Ukrayna Prezident Ofisi məsələyə aydınlıq gətirərək bu məlumatları təkzib edib.

Son xəbərlər

Orphus sistemi