Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"

Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib" Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayevka, Novopavlovsk və Şirokoye yaşayış məntəqələrini reaktiv yaylım atəş sistemi, çaplı artilleriya və minaatanlarla atəşə tutblar.
Region
1 İyun , 2022 09:19
Baş Qərargah: Son sutkada Rusiya 70 hərbçi itirib

Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayevka, Novopavlovsk və Şirokoye yaşayış məntəqələrini reaktiv yaylım atəş sistemi, iri çaplı artilleriya və minaatanlarla atəşə tutublar.

“Report” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, Qara və Azov dənizlərindəki qasırğa nəticəsində lövbərdən iki mina qopub və güclü dalğa nəticəsində minalardan biri Odessa sahillərinə çatıb. Mütəxəssislərin fikrincə, mina sualtı qayığı zədələyib. Məlumata görə, digər mina isə Ukrayna hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Qeyd olunub ki, Ukraynanın müdafiəçiləri tərəfindən son sutkada Donetsk və Luqansk istiqamətində rəqibin 9 hücumunun qarşısı alınıb. Rusiyanın 2 tankı, 13 artilleriya sistemi, 8 zirehli döyüş maşını və 6 avtomobili məhv edilib. Məlumata əsasən, Rusiya hərbi qüvvələri Xerson, Nikolayevsk vilayətlərində hərbi texnika ilə yanaşı 70-ə yaxın canlı qüvvə itirib.

Son xəbərlər

Orphus sistemi