Erməni quldur dəstəsinin rəhbəri Balasanyan zorakılıqda ittiham olunur - YENİLƏNİB

Region
  • 14 iyul, 2023
  • 23:18
Erməni quldur dəstəsinin rəhbəri Balasanyan zorakılıqda ittiham olunur - YENİLƏNİB

Qarabağda separatçıların qondarma təhlükəsizlik şurasının sədri vəzifəsində çalışmış Vitali Balasanyan 2023-cü il iyulun 13-də cinayət işi çərçivəsində məhkəmənin icazəsi ilə ona məxsus fərdi yaşayış evində axtarış aparılarkən "Milli Təhlükəsizlik Xidməti"nin bir qrup əməkdaşına həyatı təhlükə altına alan zorakılıq tətbiq etməklə hədələyib.

Bu barədə “Report” Ermənistan KİV-nə istinadən xəbər verir.

Daha sonra Vitali Balasanyan axtarış yerindən çıxarılarkən A.B., V.B. və G.Y. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarına zorakılıq tətbiq edərək, onları sürüyərək, müqavimət göstərərək hakimiyyət orqanı əməkdaşlarının hərəkətlərinə mane olmağa çalışıblar.

V.Balasanyana qarşı hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsi ilə cinayət işi başlanıb, o, həbs edilib.

Faktla bağlı araşdırma aparılır.

Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.

14.07.2023. 16:52

“Qarabağda separatçıların qondarma təhlükəsizlik şurasının sədri vəzifəsində çalışmış Vitali Balasanyanın səhhətinə görə azad olunması vəsadəti qəbul edilməyib".

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu onun vəkili Rafael Martirosyan bildirib. Vəkil deyib ki, müdafiə etdiyi şəxsin bədənində çoxsaylı xəsarətlər aşkarlanıb.

V.Balasanyanla birlikdə saxlanılan oğlu və qohumu isə azadlığa buraxılıb.

Xatırladaq ki, iyulun 13-də Qarabağdakı erməni silahlı quldur dəstəsinin başçılarından olan Vitali Balasanyan və oğlu Əsgərandakı evində saxlanılıb. Məlumata görə, onun evində 40 dəqiqə axtarış aparılıb. Vitali Balasanyan Qarabağda erməni quldur dəstələrindən birinə rəhbərlik edib, Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə qondarma qurumun müdafiə nazirinin müavini olub. O, separatçı qurumun “prezident” seçkilərində iştirak etsə də, məğlub olub.