Bakıda biznes mərkəzinin açılması məsələsi Həştərxanda müzakirə olunub

Bakıda biznes mərkəzinin açılması məsələsi Həştərxanda müzakirə olunub Rusiyanın Həştərxan şəhərində Bakıda eyniadlı vilayətlə Azərbaycan arasında ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək biznes mərkəzinin açılması məsələsi müzakirə olunub.
Region
4 Aprel , 2019 12:01
Bakıda biznes mərkəzinin açılması məsələsi Həştərxanda müzakirə olunub
0 : 00
0 : 00

Rusiyanın Həştərxan şəhərində Bakıda eyniadlı vilayətlə Azərbaycan arasında ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək biznes mərkəzinin açılması məsələsi müzakirə olunub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Həştərxan Biznes Mərkəzinin yaradılması layihəsi burada keçirilən, regionun sosial-iqtisadi inkişafı və xarici iqtisadi əlaqələrinin genişləndirilməsi strategiyasına həsr olunan tədbirdə müzakirə edilib.

Qeyd edək ki, Həştərxan Biznes Mərkəzi Bakıda 2019-cu ilin payızında açılacaq. Tikiləcək Həştərxan Biznes Mərkəzinin inşaat sahəsinə xatirə kapsulunun atılması mərasimi 2017-ci ilin dekabrında keçirilib. Ötən il Həştərxanda analoji missiyalı Azərbaycan mərkəzi açılıb.

Tədbirdə həmçinin "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi kimi Həştərxan vilayətində logistika mərkəzinin yaradılması məsələsi də müzakirə olunub. Bu, Azərbaycanın "KDY Logistics" şirkətinin layihəsidir. Yeni loqistika mərkəzi Azərbaycan, Türkiyə və İrandan Rusiya və digər MDB ölkələrinə malların fasiləsiz tranzitini təmin edəcək.

Son xəbərlər

Orphus sistemi