Azərbaycanın Gürcüstanda inşa etdirdiyi uşaq bağçası istifadəyə verilib

Azərbaycanın Gürcüstanda inşa etdirdiyi uşaq bağçası istifadəyə verilib Gürcüstanın Saqareco rayonunun Yor Muğanlı (Qaraçöp) kəndində Azərbaycanın maliyyə vəsaiti hesabına yeni inşa olunan uşaq bağçası istifadəyə verilib.
Region
4 Oktyabr , 2024 20:14
Azərbaycanın Gürcüstanda inşa etdirdiyi uşaq bağçası istifadəyə verilib

Gürcüstanın Saqareco rayonunun Yor Muğanlı (Qaraçöp) kəndində Azərbaycanın maliyyə vəsaiti hesabına yeni inşa olunan uşaq bağçası istifadəyə verilib.

"Report"un yerli bürosunun məlumatına görə, bağçanın açılışında Milli Məclis sədrinin müavini Əli Əhmədov, maliyyə naziri Samir Şərifov, Azərbaycan-Gürcüstan parlamentlərarasın əlaqələr üzrə dostluq qrupunun rəhbəri Arzu Nağıyev, deputatlar, səfir Faiq Quliyev, SOCAR-ın vitse prezidenti Ziba Mustafayeva, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstan tərəfindən Baş nazir İrakli Kobaxidze və digər rəsmi şəxslər iştirak ediblər.

Mahir Məmmədov məlumat verərək bildirib ki, uşaq bağçası Azərbaycan Prezidentinin tapşırığı ilə SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə vəsaiti hesabına inşa olunub.

“180 yerlik uşaq bağçasının tikintisinə 2023-ci ilin aprel ayında başalanılıb. Binada bağça yaşlı uşaqların təlim-tərbiyəsi, istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılıb. Bu gün Yor Muğanlı və ətraf kəndlərdən 130 uşaq bu bağçanın imkanlarından istifadə edir. Ehtiyac yaranacağı təqdirdə isə bağçada uşaqların sayı 240-a çatdırıla bilər”, - o qeyd edib.

Azərbaycan və Gürcüstan nümayəndə heyətinin üzvləri uşaq bağçasının binasını gəzib, görülən işlər və balaca fidanlar üçün yaradılan şəraitlə tanış olub, lazımi tapşırıq və tövsiyələrini veriblər.

Əli Əhmədov deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. Bu günə qədər Gürcüstanda Azərbaycan dövlətinin dəstəyi ilə məktəblər, mədəniyyət ocaqları, idman kompleksləri, uşaq bağçaları tikilərək istifadəyə verilib, onlarla sosial obyekt əsaslı təmir olunub, belə təbirlər bundan sonra da davam etdiriləcək.

Gürcüstanın baş naziri İrakli Kobaxidze belə bir bağçanın tikintisinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. O Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda həyata keçirilən sosial layihələrin dostluq və qardaşlığın bariz nümunəsi olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi