Azərbaycan Gürcüstana üç əsas dost ölkədən biridir - SORĞU

Region
  • 29 mart, 2022
  • 13:44
Azərbaycan Gürcüstana üç əsas dost ölkədən biridir - SORĞU

Gürcüstanda rəyi soruşulanlar ABŞ, Ukrayna və Azərbaycanı ölkənin hazırkı üç əsas dostu hesab edirlər.

“Report”un yerli bürosu xəbər verir ki, bu, “Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan” (CRRC) təşkilatının Qafqaz barometri adlanan sorğusunun nəticələrindən məlum olub.

Respondentlərin 28 %-i ABŞ, 17 %-i Ukrayna, 8 %-i isə Azərbaycanı Gürcüstanın əsas dostu adlandırıb. Türkiyəni Gürcüstanın əsas dostu hesab edənlərin göstəricisi 4 % təşkil edib. Rusiya və Ermənistanla bağlı faiz göstəricisi isə müvafiq olaraq 3 %2 %-dir.

2015, 2017 və 2019-cu illərdə aparılmış eyni sorğunun nəticələri ilə müqayisədə Azərbaycanı Gürcüstanın əsas dostu hesab edənlərin göstəricisi 1 % artıb.

Sorğuda iştirak edənlər “Gürcüstanın inkişafı üçün hansı ölkəni nümunəvi hesab edirsiniz?” sualını da cavablandırıblar. İlk üçlükdə ABŞ (25 %), Almaniya (20 %) və İsrail (5 %) yer alıb. Respondentlərin 2 %-i Azərbaycanı, 3 %-i isə Türkiyəni nümunəvi ölkə kimi göstərib.

Qeyd edək ki, sorğu 2021-ci ilin dekabrın 17-dən 2022-ci ilin yanvarın 31-dək işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə 1 540 respondent arasında aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti