Avropalı nazirlər Rusiya və Gürcüstana qarşı sanksiyaları müzakirə edəcək

Avropalı nazirlər Rusiya və Gürcüstana qarşı sanksiyaları müzakirə edəcək Ukraynaya hərbi yardım, Bəşər Əsəd hakimiyyətinin başa çatmasından sonra Suriyadakı vəziyyət və Gürcüstan hakimiyyətinə qarşı mümkün sanksiyalar 2024-cü ildə Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək son iclasının əsas mövzuları
Region
16 Dekabr , 2024 03:20
Avropalı nazirlər Rusiya və Gürcüstana qarşı sanksiyaları müzakirə edəcək

Ukraynaya hərbi yardım, Bəşər Əsəd hakimiyyətinin başa çatmasından sonra Suriyadakı vəziyyət və Gürcüstan hakimiyyətinə qarşı mümkün sanksiyalar 2024-cü ildə Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək son iclasının əsas mövzuları olacaq.

“Report” xəbər verir ki, bu barədə Berlində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib.

Nazirlər Ukrayna münaqişəsilə bağlı Rusiyaya qarşı 15-ci sanksiyalar paketini, eləcə də hibrid hərəkətlərinə görə yeni “qara siyahı”nı təsdiq edəcəklər. Ötən həftə Aİ ölkələrinin daimi nümayəndələri Rusiya neftini daşıyan xarici tankerlərə qarşı tədbirlər də daxil olmaqla, 15-ci sanksiyalar paketi barədə razılığa gəliblər.

“EUobserver” portalı sənəd layihəsinə istinadən noyabrın 28-də 54 nəfərin və 29 təşkilatın qara siyahıya salınacağını bildirib. Bundan əlavə, Avropa İttifaqı siyahıya 34 şirkət və 47 gəmi əlavə edəcək.

Son xəbərlər

Orphus sistemi