Avropalı ekspert: Azərbaycan və Gürcüstanın Brüsselə dəvət olunmaması anlaşılmazlıq yaradır

Avropalı ekspert: Azərbaycan və Gürcüstanın Brüsselə dəvət olunmaması anlaşılmazlıq yaradır Brüsseldə ABŞ və Aİ nümayəndələrinin Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünə Qafqazın digər ölkələri – Azərbaycan və Gürcüstanın dəvət olunmaması təəssüf doğurur və anlaşılmazlıq yaradır.
Region
4 Aprel , 2024 16:44
Avropalı ekspert: Azərbaycan və Gürcüstanın Brüsselə dəvət olunmaması anlaşılmazlıq yaradır

Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen arasında görüşə Qafqazın digər ölkələri - Azərbaycan və Gürcüstanın dəvət olunmaması təəssüf doğurur və anlaşılmazlıq yaradır.

Bunu “Report”a açıqlamasında Avropa İttifaqının Gürcüstandakı “Media, Promotion, Innovations, Consulting Association-MPIC”nin təsisçisi və İdarə Heyətinin üzvü Andrzey Klimczyk deyib.

Onun fikrincə, regionda davamlı sülhə, sabitliyə və inkişafa nail olmaq üçün Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanın prosesdə birgə iştirakı olmalıdır:

“ABŞ-nin dövlət katibi Antoni Blinken aprelin 3-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək məsələyə aydınlıq gətirməyə çalışıb. Azərbaycan tərəfi də haqlı olaraq öz mövqeyini bir daha açıq şəkildə ifadə edib. Lakin Brüssel görüşünün tam məqsədini bilmirəm

Qeyd edək ki, aprelin 5-də Brüsseldə N.Paşinyan, A.Blinken və Ursula fon der Lyayen arasında üçtərəfli görüş keçiriləcək.

Son xəbərlər

Orphus sistemi