Paşinyan Avropa Komissiyasının rəsmisi ilə əməkdaşlıq məsələlərini müzakirə edib - YENİLƏNİB

Paşinyan Avropa Komissiyasının rəsmisi ilə əməkdaşlıq məsələlərini müzakirə edib - YENİLƏNİB Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopman Ermənistanda səfərə gedib.
Region
30 Aprel , 2024 15:57
Paşinyan Avropa Komissiyasının rəsmisi ilə əməkdaşlıq məsələlərini müzakirə edib - YENİLƏNİB

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopman Ermənistana səfəri çərçivəsində baş nazir Nikol Paşinyanla danışıqlar aparıb.

“Report” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabına məlumat verib.

Bundan başqa, baş direktor Ermənistan baş nazirin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanla da görüş keçirib.

Onun sözlərinə görə, görüşlər zamanı Avropa İttifaqı ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, ticarət və s. sahələrdə əməkdaşlığın intensivləşdirilməsi üzrə birgə prioritetlər müzakirə edilib.

13:41

Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopman Ermənistana səfərə gedib.

“Report” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Bu, aprelin 5-də Brüsseldə baş tutan Avropa İttifaqı-ABŞ-Ermənistan görüşündən sonra mühüm səfərdir. Ermənistanın rəsmiləri ilə görüşlər zamanı ölkə ilə Avropa İttifaqı arasında daha sıx əməkdaşlığın prioritetlərini müzakirə etməyi gözləyirəm”, - o qeyd edib.

Avropa Komissiyasının rəsmisi artıq vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirib, tərəflər Ermənistanda demokratik və sosial-iqtisadi islahatların həyata keçirilməsi prosesini müzakirə ediblər.

Qert Yan Kopman daha sonra Gürcüstan və Azərbaycana səfər edəcək. Onun Cənubi Qafqaz ölkələrinə turnesi mayın 4-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi