Ankarada İraq türklərinin mədəniyyət günləri keçirilib

Ankarada İraq türklərinin mədəniyyət günləri keçirilib Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un Ankaradakı baş ofisində İraq türklərinin mədəniyyət günləri keçirilib.
Region
5 İyul , 2024 15:54
Ankarada İraq türklərinin mədəniyyət günləri keçirilib

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un Ankaradakı baş ofisində İraq türklərinin mədəniyyət günləri keçirilib.

“Report”un Ankara bürosunun verdiyi xəbərə görə, tədbirdə TÜRKSOY baş katibinin müavini Sayit Yusuf, Ankara Sosial Elmlər Universitetinin (ASBU) rektoru Musa Kazım Arıcan, Türkməneli əməkdaşlıq və mədəniyyət fondunun prezidenti Turhan Ketene və İraq Türkmən Cəbhəsi Türkiyə nümayəndəsi Kutluhan Yayçılı iştirak ediblər.

Bölgəni tanıdan qısa video nümayişindən sonra Türkməneli əməkdaşlıq və mədəniyyət fondunun prezidenti Turhan Ketene çıxışında “İraq türkmənləri” ifadəsindən narahatlığını ifadə edərək “Biz İraq türkmənləri deyilik, İraq türkləriyik” deyib: "Bizə aid bir ad istifadə edilsə, ən doğrusu, bizim İraq türkləri olmamızdır".

Çıxışının davamında İraq türklərinin Türk dünyasının ictimai rəyində hər zaman yer almalı olduğunu vurğulayan T.Ketene Türk dünyası üçün gördüyü işlərə görə TÜRKSOY-a və baş katib Sultan Raevə təşəkkür edib.

Dünyadakı bütün türklərin qarşılıqlı ünsiyyətini və qarşılıqlı fəaliyyətinin koordinasiyasını təmin edən TÜRKSOY-la birgə işlərdən danışan İraq Türkmən Cəbhəsi Türkiyə nümayəndəsi Kutluhan Yalçın İraq türklərinin bölgədəki mövcud şərtlərə görə çətin bir yoldan keçdiyini vurğulayıb: “Bütün çətinliklərə rəğmən hazırda İraq türklərinin sayı dörd milyon yox, üç yüz milyondur".

TÜRKSOY baş katibinin müavini Sayit Yusuf isə qurumun İraq türkləri ilə bağlı fəaliyyətindən bəhs edib: “Çox geniş türk coğrafiyasında türkləri bir araya gətirmək, türk varlığını, kimliyini, bilgisini digər türklərə tanıtmaq TÜRKSOY-un vəzifəsidir”.

Tədbirin panel bölməsində tədqiqatçı və yazarların məruzələri dinlənilib. Mərasim mədəniyyət proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi