Amerikalı analitiklər Putinin müharibənin ildönümündəki susqunluğuna aydınlıq gətiriblər

Amerikalı analitiklər Putinin müharibənin ildönümündəki susqunluğuna aydınlıq gətiriblər Rusiya Prezidenti Vladimir Putin son günlər dəfələrlə ictimaiyyət qarşısında çıxış etməsinə baxmayaraq, Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ilə bağlı bir dəfə də olsun açıqlama verməyib.
Region
25 Fevral , 2023 07:39
Amerikalı analitiklər Putinin müharibənin ildönümündəki susqunluğuna aydınlıq gətiriblər

Rusiya Prezidenti Vladimir Putin son günlər dəfələrlə ictimaiyyət qarşısında çıxış etməsinə baxmayaraq, Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ilə bağlı bir dəfə də olsun açıqlama verməyib.

“Report” xəbər verir ki, buna ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri diqqət çəkib.

Təhlilçilər onun susqunluğunu Rusiyanın bəyan etdiyi məqsədlərin heç birinə nail ola bilməməsi, həmçinin 2022-ci ilin iyul ayından bu yana əhəmiyyətli ərazi uğurları əldə etməməsi ilə izah ediblər.

Bununla belə, təhlildə qeyd edildiyi kimi, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın “müharibədə qalib gələcəyini” bildirib və qeyd edib ki, “məqsədlərinə çatmaq üçün sərhədləri mümkün qədər irəli çəkmək həyati əhəmiyyət kəsb edir, hətta bunlar Polşanın sərhədləri olsa belə”.

“Medvedevin sözləri onu vurğulayır ki, Kreml Ukraynada bir illik baha başa gələn müharibədən sonra Rusiya xalqına heç bir mühüm uğur təklif edə bilməsə də, özünün qeyri-real maksimalist məqsədlərini həyata keçirməkdə davam edir”, - MAİ-nin gündəlik təhlilində qeyd olunub.

Eyni zamanda, ekspertlərin diqqət mərkəzində separatçıların sabiq "müdafiə naziri" İqor Girkinin Medvedevin fikrinə olan rəyi olub. Rusiya TŞ-nin sədr müavininin fikirlərini cəfəngiyyat adlandıran İ. Girkin qeyd edib ki, həvəssiz Rusiya qoşunlarından, mövcud olmayan vətəndaş cəmiyyətindən və güclü beyin yumadan istifadə edərək xaricdən dəstək alan dövləti məğlub etmək çox çətindir.

Son xəbərlər

Orphus sistemi