Almaniyada Sol və Yaşıllar partiyalarının “Türkiyəyə silah embarqosu tətbiq edilməsinə dair” ölkə parlamentinə təqdim etdikləri qanun layihəsi qəbul edilməyib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, qanun layihəsi iyunun 11-də gecədən keçmiş gündəliyə daxil edilib.
Məlumata görə, Xristian Demokrat Partiyası, Xristian Sosialist Partiyası, Sosial Demokrat Partiyası və Azad Demokrat Partiyası qanun layihəsinin əleyhinə səs veriblər.
Xristian Demokrat Partiyasından deputat Klaus-Peter Vilş qanun layihəsini və onun müzakirəsini “şou düzəltmək” kimi dəyərləndirib. O, Yaşıllar Partiyasının həmsədri Robert Habekin NATO üzvü olmayan Ukraynaya silah və sursat verilməsi barədə bəyanatını xatırladaraq alyansın üzvünün Türkiyə haqqında təqdim etdiyi layihənin səmimiyyətdən uzaq bir mövqe tutduğunu vurğulayıb.