“Akkuyu” Atom Elektrik Stansiyasının (AES) tam istismara verilməsi Türkiyənin 2028-ci ilə qədər strateji inkişaf planına daxildir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakimiyyət orqanları tərəfindən təsdiq edilmiş 2024-2028-ci illər üçün inkişaf planının mətnində deyilir.
“Akkuyu” AES-in bütün enerji blokları elektrik enerjisi istehsal etməyə başlayacaq. Atom elektrik stansiyalarının gücünün artırılması istiqamətində səylər davam etdiriləcək. Kiçik modul reaktorlar, nüvə sintezi və yeni nəsil reaktor texnologiyaları kimi yeni texnologiyalar üzərində tədqiqatlar aparılacaq”, - sənəddə bildirilir.
Sənəddə qeyd edilir ki, ölkə hakimiyyəti həmçinin Türkiyədə nüvə tullantılarının təhlükəsiz saxlanılması üçün poliqon yaradılması üzərində işləməyi planlaşdırır.