Aİ Ermənistana viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planını təqdim edib
Region
- 05 noyabr, 2025
- 12:17
Avropa İttifaqı (Aİ) viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planını Ermənistana təqdim edib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, Avropa Komissiyasının miqrasiya və daxili işlər üzrə direktor müavini Yohannes Luxner bu məsələni müzakirə etmək məqsədilə İrəvanda səfərdədir.
O, artıq daxili işlər naziri Arpine Sarkisyanla görüşüb.
Nazirliyin məlumatına görə, A.Sarkisyan bildirib ki, Ermənistan fəaliyyət planını vətəndaşların mobilliyi və ictimai təhlükəsizlik sahəsində islahatlara yönəlmiş strateji sənəd kimi qiymətləndirir. O, viza rejiminin liberallaşdırılmasının Ermənistan-Aİ tərəfdaşlığında vacib mərhələ olduğunu qeyd edib.
Avropa Komissiyasının nümayəndəsinin Ermənistana səfəri noyabrın 6-dək davam edəcək.
Son xəbərlər
22:16
Zelenski Kuşner və Uitkoff ilə telefon danışığı aparıb
Digər ölkələr21:54
Ərdoğan Maduroya ABŞ ilə Venesuela arasında dialoq kanallarının açıq tutulmalı olduğunu bildirib
Region21:52
Beyləqanda avtoqəzada bir nəfər ölüb, daha iki nəfərin vəziyyəti ağırdır
Hadisə21:38
Rauf Hacılı: "XI Vüqar Həşimov Memorialında çempionluğa əsas namizədlərdən biri Rauf Məmmədovdur"
Fərdi21:28
Foto
Azərbaycan boksçuları neft ölkələri arasında keçirilən Dünya Kubokunda 4 medal qazanıblar
Fərdi21:13
Orban: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
Digər ölkələr20:57
"Qobu Park-1"dəki partlayışda tüstüdən zəhərlənənlərdən birinin vəziyyəti ağırdır
Hadisə20:56
Misir XİN rəhbəri: Qəzzaya tezliklə beynəlxalq qüvvələr yerləşdirilməlidir
Digər ölkələr20:43
Foto