Pakistanın 46 yaşlı vətəndaşı ABŞ məmurlarını qətlə yetirmək məqsədi ilə İran hakimiyyəti ilə əməkdaşlıq etməkdə ittiham olunur.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi bu barədə ittiham irəli sürüb.
Məlumata görə, Asif Merçant adlı Pakistan vətəndaşı ABŞ-nin dövlət məmurlarını qətlə yetirmək və başqa planlarda iştirak edib.
O, izahatında bildirib ki, Donald Trampın ABŞ-yə prezidentliyi dövründə İran İnqilab Keşikçiləri Qvardiyası “Qüds” qoşununun komandanı öldürülüb. Pakistanlı bildirib ki, onun qisasını almaq üçün Trampı öldürmək istəyib.
ABŞ Prokurorluğunun məlumatına əsasən, Asif Merçant Pakistandan ABŞ-yə getməzdən qabaq bir müddət İranda yaşayıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir Con Boltonun qətlə yetirilməsi niyyəti ilə bağlı xəbərlər yayılmışdı.