ABŞ İrana aid 36 saytın domenini bloklayıb

ABŞ İrana aid 36 saytın domenini bloklayıb ABŞ İrana tətbiq etdiyi sanksiyaları pozduqları üçün İslam Respublikasının Televiziya və Radio Təşkilatının istifadə etdiyi 33 və “Kataib Hizbullah“ tərəfindən idarə edilən 3 internet saytını bloklayıb
Region
23 İyun , 2021 11:15
ABŞ İrana aid 36 saytın domenini bloklayıb

ABŞ İrana tətbiq etdiyi sanksiyaları pozduqları üçün İslam Respublikasının Televiziya və Radio Təşkilatının istifadə etdiyi 33 və “Kataib Hizbullah“ tərəfindən idarə edilən 3 internet saytını bloklayıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Ədliyyə Nazirliyi yayıb.

Bildirilib ki, nazirlik həbs qoyulanlar arasında İran teleradio şitkərinə aid ərəb və ingilis dillərində fəaliyyət göstərən bir sıra internet saytının olduğunu təsdiqləyib.

ABŞ-ın Xarici Aktivləri Mühafizə İdarəsi (OFAC) 2020-ci il oktyabrın 22-də İran İnqilab Keçikçiləri Qvardiyasının Qüds qoşunu tərəfindən idarə edilən İRTVU-ya (İran radio-televiziyaları birliyi) sanksiya tətbiq etdiyindən ona bağlı internet saytları da domen xidmətindən istifadə edə bilməyəcək.

OFAC 2009-cu iyulun 2-də “Kataib Hizbullah“ı sanksiya tətbiq edilənlər siyahısına daxil edib. ABŞ Dövlət Departamenti isə onu terrorçu qruplaşma olaraq tanıyıb.

Hesablarına və domeninə həbs qoyulan 3 internet saytı OFAC-ın lisenziyasına malik deyillər. Həbs edilən saytları ABŞ-ın Ticarət Nazirliyi Sənaye və Təhlükəsizlik ofisi, İxracat Tətbiqat Ofisi və Federal Təhqiqat Bürosu (FBİ) tərəfindən araşdırılıb. Bundan sonra ABŞ-ın Kəşfiyyat və İxracata nəzarət Milli Təhlükəsizlik qurumu həmin saytlarıa həbs qoyub.

“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, İranın dövlət televiziyasına aid ingilis dilində verilişlər yayan “Pres TV” və ərəbcə verilişlər yayan “Al Alam”, Yəməndə husi qiyamçılarına aid “Aə Mesira” kanallarının internet saytlarının domenlərinə də ABŞ tərəfindən qadağa qoyulub.

Son xəbərlər

Orphus sistemi