ABŞ institutu: Ermənistan Rusiyaya daha bir zərbə vura, “Mir” sistemindən imtina edə bilər

ABŞ institutu: Ermənistan Rusiyaya daha bir zərbə vura, “Mir” sistemindən imtina edə bilər Ermənistan Rusiyaya daha bir zərbə vura, “Mir” sistemindən imtina edə bilər.
Region
22 Mart , 2024 09:05
ABŞ institutu: Ermənistan Rusiyaya daha bir zərbə vura, “Mir” sistemindən imtina edə bilər

Ermənistan Rusiyaya daha bir zərbə vura, “Mir” sistemindən imtina edə bilər.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, xüsusilə Kremlə bağlı ekspertlər İrəvanın Qərblə əməkdaşlığını tənqid edir.

Bildirilib ki, Kremlin ruporları Rusiya ilə Ermənistan arasında münasibətlərin pisləşməsini rəsmi İrəvanın Qərblə əməkdaşlığı ilə əlaqələndirirlər: “Onların fikrincə, Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığını gücləndirməsi bu dövlətin suverenliyini itirməsinə bərabərdir”.

Məlumatda, həmçinin yazılıb ki, ABŞ-nin sanksiyaları postsovet ölkələrinin maliyyə sektoruna təsir etməkdə davam edir: “Qazaxıstanda iki bank bu yaxınlarda Rusiyanın “Mir” milli ödəniş sistemindən istifadəni qadağan edib. “Freedom Finance Bank” fevralın 28-də, “Bereke” bankı isə martın 6-da “Mir” sistemindən istifadəni qadağan edib. Ermənistan Mərkəzi Bankının isə bir neçə gün sonra, martın 29-da “Mir” sistemindən istifadəni qadağan edəcəyi gözlənilir”.

Son xəbərlər

Orphus sistemi