ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb XİN: “ABŞ rəsmilərindən bu məsələ ilə bağlı istintaqa başlaması və lazım olan açıqlamanı verməsi səfirdən rəsmi tələb edilib”
Region
22 May , 2017 17:25
ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

Bakı. 22 may. REPORT.AZ/ ABŞ-ın Ankardakı səfiri Con Bass Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-i açıqlama yayıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftə Vaşinqtona ziyarəti zamanı Türkiyənin ABŞ-dakı səfirliyinin binası qarşısında prezidentimizin mühafizə xidmətinin əməkdaşlarına qarşı hücumu, təcavükar davranışın dipolmatik qaydalara zidd olduğu ABŞ səfirinin diqqətinə çatdırlıb. ABŞ rəsmilərindən bu məsələ ilə bağlı istintaqa başlaması və lazım olan açıqlamanı verməsi səfirdən rəsmi tələb edilib”, - açıqlamada vurğulanıb.

Xatırladaq ki, Rəcəb Tayib Ərdoğanın ABŞ-a səfəri zamanı ölkənin Vaşinqtondakı səfirliyinin binası qarşısında Türkiyəyə qarşı olan etnik qrupların nümayəndələrindən ibarət dəstə mühafizə xidmətinin əməkdaşlarına hücum edib. Hücumun qarşısını almaq üçün polis cəhd göstərməyib, sadəcə hadisəni müşahidə edib. 

Son xəbərlər

Orphus sistemi