XİN başçısı: "Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı ağır cinayətlər törədib"

XİN başçısı: "Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı ağır cinayətlər törədib" Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxış edib
Qarabağ
22 Fevral , 2021 18:10
XİN başçısı: Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı ağır cinayətlər törədib
Ceyhun Bayramov

"30 ilə yaxın dövr ərzində münaqişənin siyasi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadiqliyindən öz məqsədləri üçün istifadə edən Ermənistan Azərbaycan torpaqlarını ilhaq etmək məqsədilə onların işğalının nəticələrinin möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər görüb".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

"Bu xüsusda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşdırma aparılmış, tarixi və mədəni irs dağıdılmış və soyğuna məruz qoyulmuş, təbii ehtiyatlar qeyri-qanuni istismar edilmiş, ictimai və özəl mülkiyyət mənimsənilmişdir. İşğalın davam etdiyi illər ərzində Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə, habelə, mədəni irsinə və infrastrukturuna qarşı ağır cinayətlər silsiləsi törədilib", - o bildirib.

Son xəbərlər

Orphus sistemi