Vətən müharibəsində yaralanan qazi vəfat edib
Qarabağ
- 25 iyun, 2021
- 05:17
Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanan hərbi qulluqçusu vəfat edib.
"Report"un xəbərinə görə, Vətən müharibəsi qazisi, kiçik çavuş Kazımov Ruslan Mustafa oğlu iyunun 24-də evində vəfat edib.
R.Kazımovla vida mərasimi onun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Kolxəlifəli kəndindəki evində keçirilir.
Mərasimdə qazinin yaxınları, ailə üzvləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra R.Kazımov bu gün Ağstafa rayonunun Kolxəlifəli kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, R.Kazımov 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. O, döyüşlərin birində ağır yaralanıb. Daha sonra müalicəsini davam etdirib.
Allah rəhmət eləsin!
Son xəbərlər
00:38
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
Digər ölkələr00:10
Foto
Xaçmazda minik avtomobilləri toqquşub, 9 nəfər ağır xəsarət alıb
Hadisə23:56
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
Digər ölkələr23:32
Foto
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, bir neçə nəfər yaralanıb
Digər ölkələr23:25
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi23:17
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub
Fərdi23:08
Foto
Video
İmişli Şəkər Zavodunda yanğın olub
Hadisə22:57
Serbiya Prezidenti 49 nəfəri əfv ediyini bildirib
Digər ölkələr22:46