Vətən müharibəsində şəhid olan baş leytenant Tərtərdə dəfn olunacaq

Vətən müharibəsində şəhid olan baş leytenant Tərtərdə dəfn olunacaq Vətən müharibəsində itkin düşdükdən 8 ay sonra nəşi tapılan Azərbaycan Ordusunun baş leytenantı Qənbərli Qənbər Bəhruz oğlu Tərtər rayonunun Kəngərli kənd qəbirstanlığında dəfn olunacaq
Qarabağ
22 May , 2021 11:16
Vətən müharibəsində şəhid olan baş leytenant Tərtərdə dəfn olunacaq

Vətən müharibəsində itkin düşdükdən 8 ay sonra nəşi tapılan Azərbaycan Ordusunun baş leytenantı Qənbərli Qənbər Bəhruz oğlu Tərtər rayonunun Kəngərli kənd qəbirstanlığında dəfn olunacaq.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi bu gün ailəsinə təhvil veriləcək.

Şəhidlə Kəngərli kəndində vida mərasimi keçiriləcək. Mərasimdən sonra mərhum kənd qəbirstanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Q.Qənbərli 1993-cü ilin sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Vətən müharibəsi başlayan ilk günlərdə cəbhənin Murovdağ istiqamətində döyüşlərə qatılıb. Ailəsi onunla sonuncu dəfə ötən ilin sentyabr ayının sonlarında əlaqə saxlaya bilib. Həmin vaxtdan Q.Qənbərli haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi