Vətən müharibəsində itkin düşən daha bir hərbçinin nəşi tapılıb

Vətən müharibəsində itkin düşən daha bir hərbçinin nəşi tapılıb Vətən müharibəsində itkin düşən hərbçinin nəşi doğulduğu Neftçala rayonuna gətirilib
Qarabağ
16 Fevral , 2021 11:18
Vətən müharibəsində itkin düşən daha bir hərbçinin nəşi tapılıb

Vətən müharibəsində itkin düşən hərbçinin nəşi doğulduğu Neftçala rayonuna gətirilib.

“Report”un Aran bürosu xəbər verir ki, Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun nəşi bu gün səhər saatlarında doğulduğu Neftçala rayonunun Xıllı qəsəbəsinə gətirilib.

Şəhidin cənazə namazı qılınıb, ruhuna dualar oxunub, sonra şəhidin nəşi paytaxt Bakıya yola salınıb.

Mərasimdə şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi valideynlərinin istəyi ilə bu gün Bakıda II Fəxri Xiyabanın yanındakı Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Əkbər Quliyev 2000-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 21-də təlimlərə qoşulub. Vətən müharibəsi başlanan gündən döyüşlərə qatılıb. O gündən ailəsi ilə bir dəfə də olsun əlaqə saxlamayıb. İtkin düşdüyü güman edilib. Hərbçinin DNT analizindən sonra şəhid olduğu məlum olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi