Vətən müharibəsi şəhidi torpağa tapşırılıb - YENİLƏNİB

Vətən müharibəsi şəhidi torpağa tapşırılıb - YENİLƏNİB Şəhidimiz nişanlı idi
Qarabağ
8 Mart , 2021 14:41
Vətən müharibəsi şəhidi torpağa tapşırılıb - YENİLƏNİB

Vətən müharibəsi şəhidi əsgər Balakişiyev Zamin Dadaş oğlu torpağa tapşırılıb.

"Report"un bölgə müxbiri xəbər verir ki, Sabirabad rayonunun Qaralar kəndində dəfn edilib.

Dəfn mərasimində şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak edib.

13:04

Vətən müharibəsi zamanı yaralanaraq 5 ay komada qalan şəhid əsgərin nəşi dəfn edilmək üçün Sabirabad rayonuna gətirilib.

"Report"un Muğan bürosu xəbər verir ki, əsgər Balakişiyev Zamin Dadaş oğlu dünən müalicə olunduğu hospitalda vəfat edib.

Şəhid əsgər vida mərasimindən sonra doğulduğu rayonun Qaralar kəndində dəfn ediləcək.

Şəhidimiz nişanlı idi.

Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub.

Ali Baş Komandanın sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi