Ucarda Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib  

Ucarda Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib   Vətən müharibəsi şəhidi gizir Vüqar Ələkbərovun anım günü və onun adına inşa edilən bulağın açılşı olub.
Qarabağ
17 Noyabr , 2021 18:55
Ucarda Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib  

Vətən müharibəsi şəhidi gizir Vüqar Ələkbərovun anım günü və onun adına inşa edilən bulağın açılşı olub.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, açılış mərasimində şəhidin ailə üzvləri və yaxınları, Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər, şəhidin döyüş yoldaşları, rayon rəsmiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Daha sonra şəhidin adına inşa olunan bulağın açılışı olub.

Açılış mərasimində çıxış edənlər şəhid gizir Vüqar Ələkbərovun keçdiyi şərəfli döyüş yolundan söhbət açıb onun elə obaya bağlı oğul olduğunu dilə gətiriblər.

Tədbirdə məktəblilərin ifasında zəfər gününə həsr olunan şeirlər ifa olunub və kompozisiyalar nümayiş etdirilib.

Daha sonra rayonda mərasim evində şəhidin adına ehsan süfrələri açılıb.

Qeyd edək ki, şəhid gizir Ələkbərov Vüqar Telman oğlu 16 noyabr 1994-cü ildə Ucar rayonunun Qazyan kəndində anadan olub. 2001-ci ildə Qazyan kənd 2 nömrəli məktəbin 1-ci sinfinə gedən Vüqar 2010-cu ildə həmin məktəbin 9-cu sinfini əla qiymətlərlə başa vurduqdan sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin Avtomobillərin Təmiri və Servisi fakültəsinə daxil olur.

Kolleci müffəqiyyətlə bitirən V.Ələkbərov 6 iyul 2014-cü ildə Ucar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılır. 2016-ci il yanvarında ehtiyata buraxılır, lakin Vətənə olan sevgi, onu yenə də ordu sıralarında xidmətə məcbur edir.

2016-ci ilin yanvarında bir gecəlik Vüqar evinə gəlir, valideynlərdən halallıq alır və yanvarın ikisi müddətdən artıq həqiqi hərbi xidmətə başlayır.

2018-ci ildə "gizir" hərbi rütbəsi verilib. 2019-cu ildən xüsusi təyinatlıların yarımqrup komandiri olaraq Vüqar zirehli maşının komandiri təyin olunur. 2020-ci ilə kimi müxtəlif hərbi təlimlərə qoşulmuş bir zabit idi. Şəxsi bacarıq və nümunəvi xidmətinə görə Vüqar 11 dənə Təşəkkürnamə almış, 2020-ci ildə iyul-sentyabr aylarında Müdafiyə Nazirliyinin XTQ-nin keçirdiyi təlimlərdə könüllü olaraq DQ-nın xüsusi təyinatlılarının tərkibində bu təlimlərə qoşulmuşdur.

Təlimlərdə öz bacarığını nümayiş etdirib, peşəkarlıq göstərib, gözəl xüsusiyyətlərinə görə, möhkəmliyinə, dözümlülük, qorxmazlığına görə Xüsusi Təyinatlı Qüvvələrinin kəsfiyyat bölməsinin "Yaşma"dəstəsinin heyətinə cəlb olunur. 2020-ci ilin 27 sentyabr ayında başlayan Vətən müharibəsi zamanı Vüqar bir çox əməliyyatlarda uğurla iştirak etmiş, qəhrəmanlıqlar göstərmişdir. Kəlbəcər uğrunda Murov dağının zirvəsində, Xocavəndin Hadrut qəsəbəsin alınmasında, Cəbrayıl rayonunu azad olunmasında və Füzuli istiqamətində döyüşlərdə iştirak etmişdi.

V.Ələkbərov 2020-ci il oktyabrın 12-də cəbhənin Füzuli istqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi doğulub boya-başa çatdığı Qazyan kənd qəbiristanlığında son mənzilə yola salınıb. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, şəhid Gizir Ələkbərov Vüqar “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Allah rəhmət eləsin.

Son xəbərlər

Orphus sistemi