Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığını ziyarət ediblər

Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığını ziyarət ediblər Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Ağdama səfəri davam edir
Qarabağ
183
11 Aprel , 2021 12:16
Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığını ziyarət ediblər

Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərində səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri Qarabağ xanlarının türbələrinin yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, səfər iştirakçılarına məlumat verilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, həmçinin İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın məzarları olub.

Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. 1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini, Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

Rəsmiləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Son xəbərlər

Orphus sistemi