Şəhid XTQ giziri Lənkəranda böyük izdihamla dəfn edilib

Şəhid XTQ giziri Lənkəranda böyük izdihamla dəfn edilib Azərbaycan-Ermənistan sərhədində erməni terrorçularının törətdiyi təxribatlarınm qarşısını alarkən şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri Lənkəranda torpağa tapşırılıb.
Qarabağ
14 Sentyabr , 2022 14:59
Şəhid XTQ giziri Lənkəranda böyük izdihamla dəfn edilib

Azərbaycan-Ermənistan sərhədində erməni terrorçularının törətdiyi təxribatlarınm qarşısını alarkən şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri Lənkəranda torpağa tapşırılıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, XTQ giziri, 1998-ci il təvəllüdlü şəhid Xəyal Əlövsət oğlu Əhədzadə doğulduğu Nərimanabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.

X.Əhədzadə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı" ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın zad olunması”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin dəfni izdihamla müşayiət olunub. Mərasimdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər və şəhid ailələri iştirak edib. Şəhidlərimizin ruhlarına dualar oxunub.

Çıxışlarda şəhidlərimizin qisasının alındığı, düşmən təxribatının qarşılığı olaraq, əks mövqelərə sarsıdıcı zərbələr endirildiyi vurğulanıb.

Şəhid tabutuna bükülən üçrəngli bayraq Lənkəran Şəhər İcra hakimiyyəti başçısı Taleh Qaraşov tərəfindən şəhidin atasına təqdim olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi