Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn olunub

Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn olunub Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhman oğlu ilə Goranboy rayon Borsunlu kəndində vida mərasimi keçir
Qarabağ
662
15 Oktyabr , 2021 13:42
Azərbaycan Ordusunun şəhid hərbçisi dəfn olunub

Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev dəfn olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, onun cənazəsi Goranboy rayon Borsunlu kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər və sakinlər iştirak ediblər.

12.00

Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhman oğlu ilə Goranboy rayon Borsunlu kəndində vida mərasimi keçirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, vida mərasimindən şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edirlər. Vida mərasimindən sonra şəhid Borsunlu kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Goranboy rayon Borsunlu kəndində anadan olan 19 yaşlı Əfqan Bəhman oğlu Həmzəyev 1 il öncə həqiqi hərbi xidmətə gedib və onun həqiqi hərbi xidməti başa vurmağa 6 ayı qalıbmış.

O, ailənin tək oğlu olub.

Allah rəhmət etsin!

Son xəbərlər

Orphus sistemi