Ermənistanın niyə 30 il ərzində işal edilmiş Azərbaycan ərazilərində heç bir quruculuq işləri görmədiyi ilə bağlı sual paylaşan rusiyalı politoloq İqor Korotçenko “Facebook” sosial şəbəkəsinin administrasiyası tərəfndən blok edilib.
“Report” xəbər verir ki, İ.Korotçenko vəziyyəti şərh edib.
“Facebook” hesabımda çox sadə, dəqiq və konkret bir sual yerləşdirdim: “Niyə demək olar ki, 30 il ərzində işğal altında saxladıqları Azərbaycan ərazilərində ermənilər heç bir quruculuq işləri görməyiblər, əvəzində orada olan hər şeyi dağıdıb və qarət ediblər? Eyni sualı konkret olaraq Şuşada öz gözlərimlə gördüyüm vəziyyətə də ünvanladım. Orada da biz təhqir edilmiş məscid və mədəblər, dağıntılar və faktiki olaraq, yandırılmış torpaq gördük. Sual sanki sadə və konkret idi. Lakin bu gün feysbukdan bildiriş aldım ki, bu sual ictimai qaydaları pozur və bu səbəbdən paylaşım və şərhlərə çıxış imkanım 3 günlük məhdudlaşdırılır”, - o deyib.
Lakin maraqlıdır ki, “V-Media” yutub-kanalının erməni vandallığının eyni faktlarının təqdim olunduğu filminə “Facebook” administrasiyası irad tuta bilməyib. “Mənim sualım ermənilər bloka saldırdılar, filmi isə edə bilmədilər. Çünki onda dəhşətli həqiqətlər öz əksini tapıb!”, - İ.Korotçenko bildirib.
Bir qədər sonra politoloq söyləyib ki, mətbuatın reaksiyası sayəsində onun “Facebook” səhifəsi ilə bağlı blok ləğv edilib.
“Əlbəttə ki, mənim, həmçinin eyni sadə, dəqiq və anlaşılan sualı verən və indiyədək cavab ala bilməyən minlərlə digər şəxsin ağızlarını yummaq olar: Niyə Ermənistan XXI əsrdə özünü orta əsrlər barbarı kimi aparıb? Ermənistan isteblişmenti işğal edilmiş Azərbaycan ərzilərində hər şeyi məhv və qarət etdikləri, heç nə yaratmadan yalnız ölüm və dağıntı yaydıqları ilə bağlı sualı onsuz da bu və ya digər formada cavablandıracaqlar”, - ekspert fikrini tamamlayıb.
Qeyd edək ki, V-Media yutub-kanalının “Heç İŞİD terrorçuları da belə şeylər törətməyib” adlı filmində Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində çöp belə qoymadıqları haqqında danışılır. Filmdə qeyd olunur ki, heç İŞİD terrorçuları belə qəbristanlıqları və qəbirləri dağıtmırdı.