Rusiya XİN: Dağlıq Qarabağda dayanıqlı sülhün əldə edilməsi üçün tərəflərlə birlikdə işləməyə hazırıq

Rusiya XİN: Dağlıq Qarabağda dayanıqlı sülhün əldə edilməsi üçün tərəflərlə birlikdə işləməyə hazırıq “Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dayanıqlı sülhün əldə edilməsi istiqamətində tərəflərlə birlikdə işləməyə hazırıq. Bu yaxınlarda Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı, xarici işlər nazirlərinin isə Moskvadakı görüşlərinin nəticələri bunu təsdiqləyir”.
Qarabağ
10 May , 2019 15:35
Rusiya XİN: Dağlıq Qarabağda dayanıqlı sülhün əldə edilməsi üçün tərəflərlə birlikdə işləməyə hazırıq

“Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dayanıqlı sülhün əldə edilməsi istiqamətində tərəflərlə birlikdə işləməyə hazırıq. Bu yaxınlarda Azərbaycan və Ermənistan liderlərinin Vyanadakı, xarici işlər nazirlərinin isə Moskvadakı görüşlərinin nəticələri bunu təsdiqləyir”.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat idarəsinin Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasının imzalanmasının 25-ci ildönümü ilə əlaqədar yaydığı açıqlamada bildirilib.

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çox mürəkkəb prosesdir. Onun yüksəlişi və enişi var. Tənzimlənmənin əsas məqamlarını razılaşdırmaq üçün tərəflərdən vaxt və siyasi iradə tələb olunur. Biz kompromis axtarışı ilə bağlı Bakı və Yerevana fəal yardım etməyə səy göstərəcəyik.

ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində ABŞ və Fransa ilə vasitəçiliyimizi əvvəlki kimi gücləndirəcəyik”, - deyə Rusiya XİN-nin açıqlamasında vurğulanıb.  

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-cü il mayın 12-də imzalanıb. 

Son xəbərlər

Orphus sistemi