QHT sədri: "Ermənilərin məhkəməsi beynəlxalq standartlara uyğun təşkil edilmişdi"

QHT sədri: "Ermənilərin məhkəməsi beynəlxalq standartlara uyğun təşkil edilmişdi" Ramil İskəndərli Yasamal Rayon Məhkəməsinin inzibati binasında Qarabağda həbs edilən erməni cinayətkarları - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi ilə bağlı keçir
Qarabağ
178
2 İyun , 2021 13:46
QHT sədri: Ermənilərin məhkəməsi beynəlxalq standartlara uyğun təşkil edilmişdi
Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyin rəhbəri Ramil İskəndərli Yasamal Rayon Məhkəməsinin inzibati binasında Qarabağda həbs edilən erməni cinayətkarları - Mkrtiçyan Lüdvik MkrtiçoviçXosrovyan Alyoşa Aramaisoviçin cinayət işi ilə bağlı keçirilən məhkəmənin hazırlıq iclası barədə təəssüratlarını bölüşüb.

“Report”un xəbərinə görə, R.İskəndərli paylaşımında bu gün insanlıq əleyhinə və s. cinayətlərdə təqsirli bilinən ermənilərlə bağlı baş tutan məhkəmə iclasında bir QHT nümayəndəsi olaraq müşahidəçi qismində iştirak etdiyini bildirib.

Ramil İskəndərli
Ramil İskəndərli

O, bu günkü prosesdə məhkəmə baxışının təyin olunduğunu xatırladıb: “İlkin təəssüratım odur ki, hazırlıq iclası ümumən beynəlxalq standartlara uyğun təşkil edilmişdi”.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılan silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilib və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

Son xəbərlər

Orphus sistemi