QHT rəhbəri: "Şuşadakı etiraz aksiyası Volkov əraziyə gələndə bitəcək"

QHT rəhbəri: "Şuşadakı etiraz aksiyası Volkov əraziyə gələndə bitəcək" “Şuşa-Xankəndi yolunda davam edən etiraz aksiyası o zaman bitəcək ki, Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələcək”.
Qarabağ
12 Dekabr , 2022 17:27
QHT rəhbəri: Şuşadakı etiraz aksiyası Volkov əraziyə gələndə bitəcək

“Şuşa-Xankəndi yolunda davam edən etiraz aksiyası o zaman bitəcək ki, Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələcək”.

Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında aksiya iştirakçısı Ekoloji maarifləndirmə və ekoloji monitorinq İctimai Birliyinin rəhbəri Qəmzə Yusubova deyib.

“Bizim ona veriləcək konkret suallarımız var. Rusiya səfirliyinə də müraciət göndərmişik. Biz onlara Azərbaycan ərazilərinin 30 illik işğal müddətində orada baş verən ekoloji terrora məruz qalan torpaqlarda milli sərvətlərimizin talanması barədə narahatlıq haqqında məlumat vermişik. Baxmayaraq ki, müharibə iki ildir bitib, amma hələ də Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidə yenə də ekoloji terror davam edir” – Q.Yusubova bildirib.

O xatırladıb ki, səfirliyə ünvanlanan müraciətdə həmin ərazilərdə monitorinq keçirməyə şərait yaradılmadığı vurğulanıb:

“Orada erməni xalqının nümayəndələri var. Biz tolerant ölkə olduğumuzdan qarşıdurma yaranmasını istəmirik. Sülhməramlıların birbaşa borcudur ki, orada münbit şərait yaradılsın və torpağımızda nə baş verirsə xəbərimiz olmalıdır. Ötən həftə monitorinq etmək istəsək də, buna imkan verilmədi. Aksiya o zaman yekunlaşmış hesab ediləcək ki, Volkov gələcək və biz tələblərimizi qoyacağıq. O da bizə söz verəcək ki, ekoloqlarımız ermənilərin yaşadıqları Azərbaycan torpaqlarında monitorinq keçiriləcək. O gəlməyənə kimi buradan heç yerə tərpənməyəcəyik”.

Son xəbərlər

Orphus sistemi