“Azərbaycan hökuməti işğaldan azad olunmuş əraziləri lazımi səviyyədə bərpa edir”.
Bunu "Report"a açıqlamasında Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər qrupunun tərkibində bu gün Ağdama səfər edən qazaxıstanlı jurnalist Anuarbek Bimaqambet deyib.
O, Qarabağa ilk dəfə səfər etdiyini bildirib: "Ötən gün müasir memarlığın tarixi abidələrlə harmoniya təşkil ediyi Bakıda idik. Təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, Qarabağa gedən yolda qorxu hissi insanı tərk etmir. Burada gördüklərimiz tarixdir. İnsan əli ilə yaradılmış tarix".
A.Bimaqambet vurğulayıb ki, evləri, memarlığı bərpa etmək olar, amma təbiəti, itirilmiş tarixi abidələri bərpa etmək mümkün deyil: “Bu ərazilərin işğaldan azad edildiyi üç il ərzində burada infrastrukturun bərpası istiqamətində fəal işlər aparıldığının şahidi oldum, bu isə hökumətin səylərinin göstəricisidir".