"Qaçqınkom" məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlayır

"Qaçqınkom" məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlayır Bu dəfəki videoçarxda Laçın rayon sakini Azər Rəsulov və Ağdam rayon sakini Nicat Cəlilov danışır.
Qarabağ
2 Sentyabr , 2021 12:54
Qaçqınkom məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlayır
Azər Rəsulov və Nicat Cəlilov

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bu dəfəki videoçarxda Laçın rayon sakini Azər Rəsulov və Ağdam rayon sakini Nicat Cəlilov danışır.

"Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın rayonlarının sakinlərinin möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər",- məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi