Prezidentin nümayəndəsi: Gələn aydan sakinlərin Şuşaya qaytarılmasına başlanılacaq

Prezidentin nümayəndəsi: Gələn aydan sakinlərin Şuşaya qaytarılmasına başlanılacaq Gələn ay keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qaytarılmasına başlanılacaq.
Qarabağ
24 Aprel , 2024 13:32
Prezidentin nümayəndəsi: Gələn aydan sakinlərin Şuşaya qaytarılmasına başlanılacaq

Gələn ay keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qaytarılmasına başlanılacaq.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Laçında 30 ölkədən olan ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində “Qarabağda dayanıqlı inkişaf” mövzusunda panel müzakirəsində deyib.

“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, gələn ay biz 30 il aradan sonra doğma şəhərlərinə qayıdan ilk köç karvanını qarşılayacağıq. Yeni yaşayış massivində 370 ailə mənzillə təmin olunacaq.

Bu komplekslə birlikdə 2026-cı ilin sonuna hədəfimiz 110 yaşayış binası inşa etməkdir. Bunlar dörd, beş və ya altımərtəbəli binalar olacaq. Bu da bizə təxminən 8000 nəfəri yerləşdirməyə imkan yaradacaq. Bütün bu binalar yeni istilik izolyasiya standartlarına uyğun olaraq tikiləcək. Nəticədə onların enerji səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi