Politoloq: "Bu qələbə ilə Azərbaycanın regiondakı lider mövqeyi daha da gücləndi"

Politoloq: "Bu qələbə ilə Azərbaycanın regiondakı lider mövqeyi daha da gücləndi" 44 günlük müharibədə qələbə qazanan Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti kimi mövqeyini daha da gücləndirdi.
Qarabağ
8 Noyabr , 2021 17:34
Politoloq: Bu qələbə ilə Azərbaycanın regiondakı lider mövqeyi daha da gücləndi

"44 günlük müharibədə qələbə qazanan Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti kimi mövqeyini daha da gücləndirdi".

“Report” xəbər verir ki, bunu ADA Universitetinin siyasi tədqiqatlar və nəşrlər direktoru, professor Damian Krneviç-Mişkoviç bildirib. O xatırladıb ki, Azərbaycanın birmənalı mövqeyi Qarabağ münaqişəsinin artıq həll olunmuş olmasıdır:

“Bunu hamı etiraf edir. Hərçənd bəzi xarici qüvvələr Qarabağ münaqişəsinin onlarsız həll olunduğunu bəlkə də lazımınca dəyərləndirməyib. Amma əsas məsələ odur ki, Azərbaycan hazırda regiondakı hadisələrin birmənalı olaraq bərabər iştirakçısı olaraq qəbul edilir. Yəni Azərbaycan artıq böyük dövlətlərin münasibətlərində sadəcə obyekt yox, beynəlxalq düzənin tam hüquqlu subyektidir” – deyə politoloq qeyd edib.

Ekspert İkinci Qarabağ müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin ağıllı siyasət yeritməsini xüsusi vurğulayıb: “İlham Əliyev bu müharibədə qalib gəlib, özü də birmənalı şəkildə. Müdriklik onun imicinin bir parçasıdır, bunu əməyilə qazanıb”.

Politoloqun qənaətincə, Azərbaycan, Ermənistan, Rusiya liderləri tərəfindən bir il əvvəl imzalanmış üçtərəfli bəyanat ərazi münaqişəsinə son qoymaqla yanaşı, həm də Ermənistanla Azərbaycan hüdudlarından uzaqlarda da təsirini göstərəcək bir-birilə əlaqəli iqtisadi sazişlər üçün strateji çərçivəni təyin edib.

ADA Universitetinin professoru 3+3 regional əməkdaşlıq formatına dair təşəbbüsün həyata keçməsilə yanaşı, Ermənistanla həm Azərbaycan, həm də Türkiyə arasında münasibətləri yoluna qoymağın mümkün olduğu qənaətindədir.

Son xəbərlər

Orphus sistemi