“Münaqişəyədək Şuşa əhalisinin 90 faizi azərbaycanlılardan ibarət olub”.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin hökumət saatında bildirib.
O daha sonra Şuşanın erməni şəhəri olmadığına işarə edib: “Yəni demək istəyirsiniz ki, 90 % və daha çox azərbaycanlı əhaliyə malik Şuşa erməni şəhəridir?”.
Qeyd edək ki, N.Paşinyanın bu çıxışı Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Şuşa ilə bağlı açıqlamasından 2 saat sonraya təsadüf edib. Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunması ilə barışa bilməyən A.Ayvazyan qeyd edib: “Şuşa ermənilərin mədəni paytaxtıdır. Biz Şuşanın Türk Dünyasının mədəni mərkəzi olması iddiası ilə razı deyilik”.
Bu isə N.Paşinyanla Ermənistanın yeni xarici işlər naziri arasında ciddi fikir ayrılığının olduğunu təsdiqləyir.