“Azərbaycan işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi istiqamətində fəal iş aparır”.
“Report” xəbər verir ki, bunu bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev deyib.
“Ümid edirik ki, gələcəkdə oxşar problemi olan digər ölkələrə də kömək edə biləcəyik”, - o bildirib.
Sultan Hacıyev işğaldan azad edilmiş ərazilərin davamlı inkişafı üçün minalardan təmizlənmənin prioritet olduğunu vurğulayıb.
“Mayın sonunda Bakıda və Ağdamda bu məsələ ilə bağlı ekspertlərin iştirakı ilə konfrans keçirməyi planlaşdırırıq”, - o əlavə edib.