Маrkov: "Ermənistana təsir göstərmək üçün BMT-yə müraciət etmək lazımdır"

Маrkov: "Ermənistana təsir göstərmək üçün BMT-yə müraciət etmək lazımdır" Mina xəritələrinin verilməsi məsələsində Ermənistana təsir göstərmələri üçün Avropa İnsan hüquqları məhkəməsinə və BMT-yə müraciət etmək lazımdır. Bu barədə “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Mar
Qarabağ
4 İyun , 2021 16:45
Маrkov: Ermənistana təsir göstərmək üçün BMT-yə müraciət etmək lazımdır
Sergey Markov

Mina xəritələrinin verilməsi məsələsində Ermənistana təsir göstərmələri üçün Avropa İnsan Hüquqları Məhkəməsinə və BMT-yə müraciət etmək lazımdır.

Bu barədə “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov azərbaycanlı mətbuat nümayəndələrinin Kələcərdə minaya düşərək həlak olmasını şərh edərkən bildirib.

“Ermənilərin mina xəritələrini verməmələri ötən il noyabrın 10-da imzalanmış razılaşmanın kobudcasına pozulmasıdır. Mina xəritələri mövcuddur, çünki onlar 30 il ərzində tələsmədən basdırılıb. Xəritələr mövcuddur, sadəcə Ermənistan onları satmaq, nəyəsə dəyişmək istəyir. Bu alver siyasəti artıq bir dəfə Ermənistanı İkinci Qarabağ Müharibəsində faciəvi məğlubiyyətə gətirib çıxarıb”, - deyə S.Markov deyib.

Ekspert əmindir ki, Azərbaycanın beynəlxalq təşkilatlara müraciət etməsi mina xəritələrinin alınmasında kömək ola bilər: “İlk növbədə BMT-yə müraciət etmək lazımdır. Bu təşkilatın strukturları artıq çoxdan və ənənəvi olaraq ərazilərin minalardan təmizlənməsində, piyada minaları ilə mübarizədə iştirak edirlər”.

Xatırladaq ki, 4 iyun 2021-ci il tarixində saat 11 radələrində xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “Kamaz” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Son xəbərlər

Orphus sistemi