“Rusiya sülhməramlı kontingentinin taleyi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir, çünki Qarabağ Azərbaycanın ərazisi olduğu üçün Rusiya sülhməramlı kontingentinin burada olması bundan sonra da ikitərəfli razılaşmalarla tənzimlənəcək”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko “Qarabağ münaqişəsi yekunlaşdıqdan sonra Cənubi Qafqazın inkişafı” adlı onlayn konfransda deyib.
Onun sözlərinə görə, müxtəlif variantlar ola bilər və hesab edirəm ki, bu məsələ prinsipial olaraq müzakirə olunacaq: “Hətta ola bilsin ki, bu mövzu bu gün və ya sabah, yəni Rusiya dövlət başçısı Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində elan olunmuş görüş baş tutduqda müzakirə olunacaq”.
Ekspert qeyd edib ki, Bakı və Moskva Rusiyanın sülhməramlı kontingentinin olmasını zəruri hesab etsələr, bunun hansı formada olacağını müzakirə edəcəklər.