İlham Əliyev: Mənfur düşmən bir daşı daş üstə qoymayıb

İlham Əliyev: Mənfur düşmən bir daşı daş üstə qoymayıb “Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı daş üstə qoymayıb"
Qarabağ
15 Mart , 2021 23:54
İlham Əliyev: Mənfur düşmən bir daşı daş üstə qoymayıb
0 : 00
0 : 00

“Otuz il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı daş üstə qoymayıb. Görün yollar nə gündədir. Bu yollar 30 il ərzində asfalt görməyib”.

“Report” xəbər verir ki, bu sözləri Xocavənddə olan Azərbaycan Respubikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib: “Onların bütün təbliğatı yalandır. Bütün tarixi saxtadır. Özlərini dövlət adlandırırlar. Dırnaqarası Arsax dövləti, cəhənnəmə getdi. Dövlət idisə, niyə daş daş üstə qoyulmayıb? Çünki bilirlər ki, torpaq onların torpağı deyil. Torpaq azərbaycanlıların torpağıdır. Bura işğaldan azad edilmiş Xocavənd rayonudur. Keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasının Hadrut rayonudur”.

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.

Son xəbərlər

Orphus sistemi