Maksim Qoən: "Fransada erməni diasporunun fəaliyyəti çox zəifləyib"

Maksim Qoən: "Fransada erməni diasporunun fəaliyyəti çox zəifləyib" "Fransa ermənilərinin yol verdikləri təhqir və təhdidlərə göz yumulmamalıdır".
Qarabağ
29 Oktyabr , 2020 16:24
Maksim Qoən: Fransada erməni diasporunun fəaliyyəti çox zəifləyib
Maksim Qoən

"Fransa ermənilərinin yol verdikləri təhqir və təhdidlərə göz yumulmamalıdır".

Bu fikirləri "Report"un yerli bürosuna fransalı tarixçi Maksim Qoən (Maxime Gauin) bildirib.

Onun sözlərinə görə, Fransada erməni diasporunun fəaliyyəti son 30 ildə hədsiz dərəcədə zəifləyib: "Bu müddət ərzində ermənilərin Fransadakı fəaliyyətləri gücdən düşüb, qəzetləri bağlanıb, internet səhifələri azalıb. Parisin özündə istirahət günləri belə ermənilər tərəfindən keçirilən aksiyalarda iştirak edənlərin sayı bir neçə yüzü ötə bilmir. Fransanın bir sıra şəhərləri ilə Dağlıq Qarabağın separatçı rejimi arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi və bu kimi bir sıra digər hadisələr erməni diasporunun Fransadakı uğursuzluqlarına misaldır. Fransada artıq hətta Ermənistan rəhbərliyi belə öz nüfuzunu və şəffaflığını itirib. Ermənilər gözəl anlayırlar ki, Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytardıqdan sonra onların Fransadakı fəaliyyətləri üçün heç bir mövzuları qalmayacaq".

Fransalı tarixçi Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarda Azərbaycanı dəstəkləyən şəxslərin, habelə fransalı deputat, jurnalistlərin və azərbaycanlı diaspora üzvlərinin sosial şəbəkələrdə təhdid və ağır təhqirlərə məruz qalmalarının qəbulolunmaz olduğunu bildirib: "Verbal zorakılıq erməni diasporunun Fransadakı fəaliyyətinin bir hissəsinə çevrilib. Fransadakı ermənilər fanatik və çox aqressiv olublar. Təəssüflər olsun ki, Fransada yaşayan ermənilərin təhdidinə tuş gələnlər çox az hallarda şikayət edirlər. Əgər onlar bu hala qarşı vaxtında öz etirazlarını bildirsələr, ermənilər, bəlkə, bu qədər aqressiv hallara yol verməzlər".

Son xəbərlər

Orphus sistemi