Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başlayıb

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başlayıb 24 iyun tarixində Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilmişdir.
Qarabağ
24 İyun , 2021 11:53
Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başlayıb

Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin (DSX) yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib.

Xidmətin Mətbuat Mərkəzindən "Report"a bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən DSX rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş əraziləri­mizdə Xidmətin növbəti hərbi hissəsinin xidməti-döyüş fəaliy­yə­tinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.

Çıxışda Azərbaycan Res­publika­sının Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı, xalqımızın yenilməz milli ruhu, Silahlı Qüvvə­lərimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində düşmən üzərində böyük qələ­bənin əldə olunması, Vətən müharibəsində sərhədçilərin döyüş tapşırıqlarını uğur­la icra edərək şücaət və igidliklərilə qəhrəmanlıq sal­namələri yazdıqları vurğu­lanıb.

Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və sərhəd­lərimizin iş­ğaldan azad edilməsindən sonra bu ərazilərdə sərhəd mühafizə fəaliyyətinə baş­lanılması, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçu­ların xidməti şəraitinin və sosial təminatının yaxşılaş­dırılması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub, görülən işlər çərçi­vəsində növbəti hər­bi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının sər­həd müha­fi­zə­sinə ali döv­ləti diqqətin daha bir təzahürü olması bildirilib.

Vətən müharibəsində tarixi qalibiyyətdən daha da ruhlanan, düşmən tapda­ğından azad olunmuş müqəddəs sərhədlərimzin toxunulmazlığının təmin edil­məsi şərəfini daşıyan Azərbaycan sərhədçi­lərinin Azərbaycan Respublika­sının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəh­bərliyi altında ölkəmizin ərazi hüdüdlarının mühafizəsi üzrə tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəkləri xüsusi qeyd olunub.

Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən hərbi qulluqçulara orden və medallar təqdim olunub.

Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzi­bati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataq­xanasına, yemək­xanaya, hamam-camaşırxana, ərzaq, əşya-geyim, yanacaq və silah anbarlarına, avto­mobil parkına, döyüş texnikasına və silah-sursatlara baxış keçirilib.

Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilib və xatirə foto­şəkilləri çəkilib.

Tədbirdən sonra “Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının rəhbər heyətinin iştirakı ilə xidməti mü­şa­virə keçirilib, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi tapşırıqların icra vəziyyəti, xidməti ərazidə möv­cud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında və­zifəli şəxslərin məruzələri dinlənilib, dövlət sərhədinin müdafiəsi və mühafizəsi isti­qamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsi və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə görülən işlər yoxlanılıb, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sər­hədçilərlə görüşül­üb, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­rinə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi