PA-nın şöbə müdiri: "Ermənilər abidələrimizi yer üzərindən silsələr də, yaddaşlardan silə bilməyiblər"

PA-nın şöbə müdiri: "Ermənilər abidələrimizi yer üzərindən silsələr də, yaddaşlardan silə bilməyiblər" "İşğaldan azad edilən ərazilərdə tamamilə dağıdılan abidələr diqqətdən kənarda qalmayacaq".
Qarabağ
29 İyul , 2021 15:15
PA-nın şöbə müdiri: Ermənilər abidələrimizi yer üzərindən silsələr də, yaddaşlardan silə bilməyiblər

"İşğaldan azad edilən ərazilərdə tamamilə dağıdılan abidələr diqqətdən kənarda qalmayacaq".

"Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Ağdamda səfərdə olan Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva jurnalistlərə açıqlamasında deyib.

F.Əliyeva əlavə edib ki, ermənilər işğaldan azad edilən ərazilərdə özününküləşdirə bilmədikləri abidələrimizi tamamilə dağıdıblar: "Bizdə həmin abidələr haqqında reyestrdən əldə edilmiş məlumatlar var. Onlar tamamilə dağıdılsa da, xalqın yaddaşında yaşayır. Həmin abidələrin restavrasiyası üçün tarixçilərin, mütəxəssislərin rəyləri mütləq dinləniləcək. Ermənilər həmin abidələri yer üzündən silsələr də, yaddaşlardan silə bilməyiblər. Xalqın yaddaşında yaşayan tarix əbədi tarixdir. Buna görə də bu istiqamətdə fikir mübadilələri və araşdırmalar aparılacaq".

Son xəbərlər

Orphus sistemi